» » Dollar sabit qaldı, funt sterlinq ucuzlaşdı

Dollar sabit qaldı, funt sterlinq ucuzlaşdı

Bölmə: İqtisadiyyat
Dollar sabit qaldı, funt sterlinq ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın 13 iyuna olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyunun 12-i ilə müqayisədə dəyişməyərək 1,7022 manat olub.

Avrozonanın vahid valyutası iyunun 12-i müqayisədə 1,9076 manatdan 1,9073 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0298 manatdan 0,0299 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4813 manatdan 0,4842 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1709 manatdan 2,1544 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7060 manatdan 0,7050 manatadək azalıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler