» » Dolların alış-satış spredi minimuma enib

Dolların alış-satış spredi minimuma enib

Bölmə: İqtisadiyyat
Dolların alış-satış spredi minimuma enib
Azərbaycanın kommersiya banklarında nağd ABŞ dollarının alış və satış məzənnələri arasındakı fərq milli valyutanın devalvasiyasından sonra minimal həddə enib.

Xalqinfo.azReport-a istinadən xəbər verir ki, hazırda kommersiya banklarında dolların ən yüksək alış məzənnəsi 1,6900 AZN/USD, ən aşağı satış məzənnəsi isə 1,6920 AZN/USD təşkil edir.

Qeyd edək ki, dolları ən baha qiymətə alan “Gunaybank” ASC, ən ucuz satan isə “Silkway Bank” ASC-dir. Bununla da dolların alış-satış spredi 0,12%-ə düşüb.

Xatırladaq ki, məzənnə fərqinin azalması Azərbaycanın maliyyə bazarında aparılan proseslərlə əlaqəli olub. Dolların məzənnəsində son aylarda yaranan sabitlik məzənnə fərqinin daralmasına gətirib çıxarıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler