» » Ölkəyə idxal 16 faizə yaxın azalıb

Ölkəyə idxal 16 faizə yaxın azalıb

Bölmə: İqtisadiyyat
Ölkəyə idxal 16 faizə yaxın azalıb
Cari ilin beş ayında xarici ticarət dövriyyəsinin həcmi 7 266 952.17 min dollar təşkil edib. Bunun 4 450 084.63 min dolları ixracın, 2 816 867.54 min dolları idxalın payına düşüb.

Xalqinfo.az xəbər verir ki, ötən ilin 5 ayı ilə müqayisədə idxalın həcmi 15,44 faiz azalıb, ixrac isə 44.05 faiz artıb.

Ümumilikdə xarici ticarət əməliyyatlarında 846 mln. dollarlıq müsbət saldo yaranıb.
Qeyri-neft sektoru (2709-2715 mal mövqeləri istisna olmaqla) üzrə ixracın həcmi 556 625.66 min dollar dəyərində olub.

Hesabat dövründə 6 604 çeşiddə mal idxal edilib, 2 183 çeşiddə mal isə ixrac olunub.
MDB ölkələrindən 817 242.13 min dollar, Aİ ölkələrindən isə 660 347.91 min dollar dəyərində idxal reallaşdırılıb. İdxalın 1 339 277.50 min dolları digər ölkələrin payına düşüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler