» » 46 sığorta agentinin lisenziyası dayandırıldı

46 sığorta agentinin lisenziyası dayandırıldı

Bölmə: İqtisadiyyat
46 sığorta agentinin lisenziyası dayandırıldı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən, yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və yaxud ləğv edilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə MBNP-dan bildirilib.

Məlumatda deyilir ki, iclasda qurumun Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müdətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.

Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler