» » Gömrük Komitəsinin büdcəyə ödənişləri məlum oldu

Gömrük Komitəsinin büdcəyə ödənişləri məlum oldu

Bölmə: İqtisadiyyat
Gömrük Komitəsinin büdcəyə ödənişləri məlum oldu
Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 974 mln. 903,31 min manat daxil olub.

Xalqinfo.az APA -ya istinadən xəbər verir ki, komitənin açıqladığı statistikaya görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 124 mln. 317,96 min manat və ya 14,62% artıb.

Bu ilin beş ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 268 mln. 20,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 663 mln. 809,14 min manat, aksizlər üzrə 39 mln. 25 min manat, yol vergisi üzrə isə 13 mln. 48,33 manat təşkil edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler