» » SOCAR yeraltı anbarlarına təbii qazın vurulmasına başladı

SOCAR yeraltı anbarlarına təbii qazın vurulmasına başladı

Bölmə: İqtisadiyyat
SOCAR yeraltı anbarlarına təbii qazın vurulmasına başladı
SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.

Xalqinfo.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bununla paralel olaraq, cari ilin aprel ayından “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb.

Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 mln. kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 mln. kubmetri “Qaradağ”, 291,5 mln. kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 mlrd. 334 mln. 994 min kubmetrdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler