» » Azərbaycan neftinin son qiyməti -

Azərbaycan neftinin son qiyməti - Ucuzlaşıb

Bölmə: İqtisadiyyat
Azərbaycan neftinin son qiyməti -
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,73 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

Xalqinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 6-da 46,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 6-da 48,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler