» » SOCAR-ın törəmə şirkəti ləğv olundu

SOCAR-ın törəmə şirkəti ləğv olundu

Bölmə: İqtisadiyyat
SOCAR-ın törəmə şirkəti ləğv olundu
“SOCAR-KPŞ” MMC ləğv olunduğunu elan edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, S.Rütəm küçəsi 18 ünvanına bildirə bilərlər.

Məlumat üçün qeyd edək ki, “SOCAR-KPŞ” SOCAR-ın törəməsidir. Şirkətin saytında yer alan məlumatda deyilir ki, onun yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda Azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm-texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır. O da vurğulanıb ki, “SOCAR-KPŞ” MMC Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirib.

Bu arada, SOCAR həm də yeni şirkət yaradıb.“SOCAR IT” MMC adlanan şirkət dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əhmədov Vüsal Mehman oğludur. MMC-nin nizamnamə kapitalı 50 min manat təşkil edir.Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 113.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler