» » “Yevlax Yun”, “Şıxlar Broyler”, “Zaqatala Fındıq” müəssisələri hərraca çıxarılır

“Yevlax Yun”, “Şıxlar Broyler”, “Zaqatala Fındıq” müəssisələri hərraca çıxarılır

Bölmə: İqtisadiyyat
“Yevlax Yun”, “Şıxlar Broyler”, “Zaqatala Fındıq” müəssisələri hərraca çıxarılır
Azərbaycanda daha 180 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bu əmlaklarla bağlı hərrac iyulun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, Komitədən verilən məlumata görə, hərraca 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyəti, 14-ü isə nəqliyyat vasitəsi olmaqla 180 dövlət əmlakı çıxarılıb. Bunlardan 71-i Bakıda, 109-u isə bölgələrdə yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid paytaxt və bölgə müəssisələri var. Bunlara “Zaqatala Fındıq”, “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və s. aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri isə paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 24-147 min kv.m arasında dəyişir və məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir.

Torpaq sahəsi 18,35 min kv.m, ümumi faydalı sahəsi isə 3,881 kv.m təşkil edən Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. Gəncədəki 40 saylı yeməkxananın fəaliyyəti yenidən qurulmaqla daha çox gəlir gətirə bilər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler