» » Ət və ət məhsulları od tutub yanır

Ət və ət məhsulları od tutub yanır

Bölmə: İqtisadiyyat
Ət və ət məhsulları od tutub yanır

Bu gün bazar iqtisadiyyatının verdiyi üstünlüklər bir sıra hallarda qiymət siyasətinə ciddi təsir edir. Bu isə onunla bağlıdır ki, ölkəmizdə insanlar daha çox ticarətə meyl edib. Və həddən artıq çox sayda ticarət məntəqələri var. Yəni satış və ticarətlə məşğul olanların sayı, istehsalla məşğul olanlara nisbətən çoxdur. Bu hal-hazırkı günümüzün reallığıdır. Belə olan halda ticarətlə məşğul olanların sayının çox olması alıcılıq qabiliyyətini də azaldır. Çünki satanların sayı çox, alanların sayı isə azdır. Belə olan halda da təbii ki, bazarda təkliflə, tələbin balansı pozulmuş olur.

Ticarətlə məşğul olan sahibkarlar çalışırlar ki, daha çox gəlir əldə etsinlər. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən mümkün olmur. Əslində, alıcılıq qabiliyyəti düşəndə mal və məhsulun qiyməti də enməlidir. Lakin bu gün maaşlar və yaxud da pensiyalar artırılan kimi, bazar və dükanlarda nəzərəçarpacaq dərəcədə bahalaşma müşahidə edilir. Artıq bu durum bir növ adət halını alıb. Bununla yanaşı, həmçinin bayramqabağı da bütün məhsulların qiyməti bahalaşdırılır. Həm Yeni il, Novruz, Ramazan bayramı, həmçinin də Qurban bayramı ərəfəsində hər il paytaxtda, eləcə də bölgələrdə ətin və ərzaqların qiymətində bahalaşma müşahidə edilir. Həmişəki kimi, bayramqabağı məhsulların ucuz olacağı və nəzarətin gücləndiriləcəyi deyilsə də, bazar və dükanlarda məhsulların bahalaşdığı müşahidə olunur. Amma ət məhsullarının bahalaşması o halda mümkün ola bilər ki, əhalinin tələbatı bu məhsullara qarşı artsın, istehsal isə azalsın. İldən-ilə iri və xırda buynuzlu heyvanların sayında artım müşahidə olunur. Hər il bazarda əvvəlkindən daha çox ət təklif olunur. Bazar qiymətlərinin əsas müəyyənləşdirici faktoru olan tələb-təklif münasibətlərinə görə, belə olarsa, qiymət ucuzlaşmalıdır. Amma biz bunun əksini görürük. Ölkəmiz daim ət məhsullarına güclü tələbatı ilə seçilənlər siyahısındadır. Bir çox müsəlman ölkələrində bayram günlərində mal-qaranın qiymətində endirimlər edilir. Bizdə isə hər il bunun əksi müşahidə olunur və ətin qiyməti əvvəlki günlərə nisbətən bahalaşdırılır. Bununla yanaşı, yağın, südün və süd məhsullarının qiymətlərində də müəyyən artımlar var. Həmçinin kənd təsərrüfatı məhsullarının qiyməti də qalxıb. Xüsusən də kartof, soğan, xiyar, pomidorun, meyvə-tərəvəzin qiymətində artım müşahidə edilir. Satıcılar isə bahalaşmanın Qurban bayramı ilə əlaqəli olduğunu deyirlər. Bayram dövründə qiyməti qaldıraraq daha çox gəlir əldə etməyə cəhd əslində, iqtisadi baxımdan səhv addımdır. Çünki qiymət qalxanda insanlar almaq istədiyindən daha az məhsul almağa meylli olur. Bu da pul qazanmaq istəyən iş adamlarının əslində, marağına uyğun deyil. Ona görə də əksər ölkələrdə, xüsusən də Avropada bayramqabağı qiymətləri aşağı salır, əvəzində daha çox məhsul satmaqla gəlir əldə edirlər. Nəticədə məhsul satılmır və qazanmaq istəyən iş adamı öz niyyətinə çatmır.

Ümumiyyətlə, son günlər kənd təsərrüfatı məhsulları bazarında bahalıq və kasadlıq var. Regionlardan fərqli olaraq, paytaxtda bahalıq özünü daha açıq göstərir. Təbii ki, bu da hər kəsin büdcəsinə uyğun deyil. Qiymətlərin ucuz olması əslində, həm alıcılara, həm də sahibkarlara sərf edər. Çünki daha çox mal satmaqla, çox da gəlir əldə etmiş olacaqlar. Ələlxüsus da, bayram ərəfəsində.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler