» » Azərbaycanda siqaret istehsalı kəskin azalıb

Azərbaycanda siqaret istehsalı kəskin azalıb

Bölmə: İqtisadiyyat
Azərbaycanda siqaret istehsalı kəskin azalıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

Xalqinfo.az məlumatına görə, bu barədə Report nəşri Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb.

Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler