» » 1 aya 45 milyon dollar itirdik

1 aya 45 milyon dollar itirdik

Bölmə: İqtisadiyyat
[img=left]http://xalqinfo.az/uploads/posts/2014-10/1412370830_45Neftin ucuzlaşması fonunda Azərbaycanın itirdiyi vəsaitlərin məbləği açıqlanıb.

ans press-in Neft Araşdırmaları Mərkəzinə istinadən məlumatına görə, sentyabr ayında SOCAR Ceyhan tipli (BTC FOB) xam neftin barrelini ortalama 98,29 dollardan satıb. Təkcə ötən ay SOCAR xam neftin satışından hər barrelə görə, azı 5 dollar itirib. Belə ki avqust ayında neftin bir barellinə görə ortalama satışı 103,08 dollar olub.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yaydığı məlumata görə, sentyabr ayında Ceyhan boru kəməri vasitəsi ilə 13 milyon 43 min barrel neft ixrac edib. Avqustda bu göstərici 14 milyon 375 min barrel olub. Deməli, hər barrelə görə 5 dollar itirdiyini nəzərə alsaq ümumilikdə SOCAR avqustla müqayisədə sentyabr ayında nefti təxminən 45 milyon dollar daha ucuz satıb.

Sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 97,30 dollara, Urals nefti-96,13 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 98,29 dollar olub.150.jpg[/img]

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler