» » Havadan asılı sahə - qıtlıq meyvə-tərəvəzin qiymətinə təsir edəcək

Havadan asılı sahə - qıtlıq meyvə-tərəvəzin qiymətinə təsir edəcək

Bölmə: İqtisadiyyat
Havadan asılı sahə - qıtlıq meyvə-tərəvəzin qiymətinə təsir edəcək
May ayı ərzində respublika ərazisində hava şəraiti əsasən yağmurlu keçir, hətta bölgələrdə dolu düşür. Bu məqamda strateji əhəmiyyətə malik kənd təsərrüfatı sahəsinin zərərsiz çıxması sual doğurur.

Elə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da Modern.az-a deyib ki, kənd təsərrüfatı havadan asılı sahədir:

“Təbiətdə baş verən hadisələr bu sahəyə birbaşa təsir edir. Əgər hava normal keçirsə, bitkilərin vegetasiya müddəti normal başa çatır. Əksinə, kəskin dəyişmə baş verir və intensiv yağışlar yağırsa, güclü külək əsirsə, dolu düşürsə, temperatur enirsə, bu, ilkin olaraq kənd təsərrüfatı sahələrində özünü göstərir”.

V.Məhərrəmov bildirib ki, bu ay respublika ərazisində müşahidə edilən hava da aqrar sahəyə təsirsiz ötüşməyib:

“Yağıntılar taxılı yatırıb, bəzi yerlərdə pambığı məhv edib, meyvə ağaclarını yıxıb, budaqlarını sındırıb, meyvəni yetişməmiş töküb. Bunun qarşısı alına bilərdi. Məsələ burasındadır ki, dünyada iqlim dəyişikliyi baş verməkdədir. İqlim dəyişikliyi isə riskləri artırır. Biz əvvəllər də təklif edirdik ki, iqlim dəyişikliyi nəzərə alınaraq yeni bitki sortları yetişdirilsin. Heç olmasa taxılçılıqda kiçik boylu buğda, arpa sortlarından istifadə edilsin”.

Havadan asılı sahə - qıtlıq meyvə-tərəvəzin qiymətinə təsir edəcək














Ekspert qeyd edib ki, dolunun qarşısını almaq üçün xüsusi toplardan istifadə etmək olar:

“Əgər həmin toplardan istifadə edilsəydi, kənd təsərrüfatı bu qədər ziyan görməzdi. Hətta Ermənistan bu cür dolu dağıdan toplardan istifadə edir. Orada bu topların sayı 300-ə çatdırılıb. Təəssüflər olsun ki, bizdə bu cür toplar yoxdur.
Bundan başqa, əkin və bağ sahələri ətrafında qoruyucu meşə zolaqlarının salınması böyük əhəmiyyətə malikdir”.

V.Məhərrəmovun sözlərinə görə, hava şəraitinin mövsümə uyğun keçməməsi kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək:

“Kənd təssərrüfatı məhsullarına zərər dəyibsə, qısa müddətdə onu idxalla belə, kompensasiya etmək mümkün olmayacaq. Nəzərə alaq ki, istixana məhsulları istisna olmaqla, açıq şəraitdə yetişdirilən giləmeyvələrin, o cümlədən gilasın qiyməti çox bahadır. Hazırda hava şəraitilə əlaqədar məhsul qıtlığı yaranır ki, bu da avtomatik olaraq qiymətlərə təsir edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler