» » Manatın xarici valyutalara qarşı məzənnəsi bahalaşdı

Manatın xarici valyutalara qarşı məzənnəsi bahalaşdı

Bölmə: İqtisadiyyat
Manatın xarici valyutalara qarşı məzənnəsi bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 19-a olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 18-i ilə müqayisədə 0,01% bahalaşaraq 1,7023 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8971 manatdan 1,8916 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0297 manatdan 0,0296 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4749 manatdan 0,4709 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2078 manatdan 2,2054 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7100 manatdan 0,7042 manatadək azalıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler