» » Bu gün neft sənayesi üçün tarixi bir hadisədir - İlham Əliyev

Bu gün neft sənayesi üçün tarixi bir hadisədir - İlham Əliyev

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Bu gün neft sənayesi üçün tarixi bir hadisədir - İlham Əliyev qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bununla bağlı bütün Azərbaycan xalqını təbrik edirəm”.[/b]

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir: “Çünki bu günə qədər Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib.

Bu qazma qurğusunun inşasında iştirak etmiş bütün işçiləri təbrik edir, onlara minnətdarlığımı bildirirəm. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Xarici tərəfdaşlarla növbəti uğurlu layihənin uğurla icra edilməsini görürük. Bu da reallıqdır. Çünki Azərbaycan uzun illərdir ki, xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm SOCAR-dan qoyulan vəsait 1 milyard dollara yaxındır.

Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, bu sərmayələr eyni zamanda Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, işçilər yaxşı maaş alsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin. Bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər, həm özləri, həm də ölkə üçün böyük fayda qazanırlar.

Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycan neft sənayesinin banisidir, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir”.

[b]Leyla Həsənova[/b]

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler