Sənaye sektorunda orta əmək haqqı 1000 manata yaxınlaşırBölmə: İqtisadiyyat
Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 191,6 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən "Xalqinfo"ya verilən məlumata görə, onların 33,7 min nəfəri mədənçıxarma, 99,4 min nəfəri emal, 27,6 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb. Birinci rübdə muzdlu işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 988,4 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 13,2%, emal sənayesində 6,9%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,3% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 2,5% azalıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|