» » Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub

Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub

Bölmə: İqtisadiyyat
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabad rayonunun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan, rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni suvarma kompleksinin açılışı olub.

Xalqinfo.az-ın APA-ya istinadən xəbərinə görə, suqəbuledici qurğu olan stasionar nasos stansiyası, 3 kilometrlik iki boru xəttinin və uzunluğu 8 kilometr olan beton suvarma kanalının işə düşməsi ilə 11 min 498 hektar əkin sahəsi su ilə təmin olunacaq.

İki mərhələdən ibarət olan tikinti işlərinin birinci mərhələsi başa çatıb. Kanalın ümumi uzunluğu isə 24 km olacaq. Yeni stansiyanın su ötürmə qabiliyyəti 10 kubmetr/saniyədir.

Tikinti işləri zamanı uzunluğu 2880 paqonometr olan 4 boru xətti də inşa edilib. Torpaqbərkitmə və betonlanma işləri aparılıb. Tikinti işlərində yerli istehsal olan boru xətlərindən istifadə olunub.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə həyata keçən tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika və 100-dən çox işçi qüvvəsi cəlb edilib.

Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin üzvləri və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi iştirak edib.

Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler