» » Prezident sərgi ilə tanış oldu

Prezident sərgi ilə tanış oldu

Bölmə: İqtisadiyyat, MANŞET
Prezident sərgi ilə tanış oldu
Prezident İlham Əliyev Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgilərində olub.

Xalqinfo” xəbər verir ki, sərgidə kənd təsərrüfatı naziri Heydər Əsədov prezidentə məlumat verib. Heydər Əsədov deyib ki, bu ilin 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Son illər aqrar sektorun yeni siması formalaşıb. Aqrar sektor artıq özünün ixrac qabiliyyətini sübut etməyə başlayıb. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır. Bugünkü sərgidə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkətin iştirak etdiyini deyən nazir şirkətlərin 70 faizinin xarici eksponentlər, 30 faizini isə yerli şirkətlər təşkil etdiyini bildirib. Diqqətə çatdırıb ki, sərgidə kənd təsərrüfatının bütün sektorunu əhatə edən yeni texnologiyalar, istehsal sahələri nümayiş olunacaq.

“WorldFood Azerbaijan 2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir.

Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub.

Prezident sərgi ilə tanış oldu
Prezident sərgi ilə tanış oldu
Prezident sərgi ilə tanış oldu
Prezident sərgi ilə tanış oldu
Prezident sərgi ilə tanış oldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler