» » Maşın bazarında alıcılar qeybə çəkilib

Maşın bazarında alıcılar qeybə çəkilib

Bölmə: İqtisadiyyat
Maşın bazarında alıcılar qeybə çəkilib

Bu günlərdə Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 53 faiz aşağı düşüb. Bu göstərici hər ay artan sürətlə davam edir. Belə ki, maşın bazarında hökm sürən sükut Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi kredit qadağasından sonra ciddi şəkildə özüü büruzə verməyə başlayıb. Odur ki, maşın bazarında real alıcılar daha çox Rusiya istehsalı avtomobillərə, o cümlədən buraxılış ili köhnə olan xarici maşınlara üstünlük verirlər. İli bir qədər təzə olan avtomobillərin qiyməti nisbətən baha olduğundan alıcılar əksər hallarda nəğd ödənişlə bu maşınları ala bilmirlər. Nəticəsə təlabatdan irəli gələrək ölkəyə gətirilən maşınların sayında xeyli azalma müşahidə edilir.

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, ölkəmizə avtomobil idxalı son vaxtlar xeyli azalıb.

Ekspertin sözlərinə görə, bu ilin sonuna qədər avtomobil idxalı iki dəfə aşağı düşəcək:

“Bu iqtisadi baxımdan zərərli tendensiyadır və ölkədə avtomobilləşmənin qarşısını alır. Hazırda adambaşına düşən avtomobil sayına görə Azərbaycan MDB ölkələri arasında axırıncı yerlərdən birini tutur. Hətta bu göstəricidə iqtisadi baxımdan Azərbaycandan qat-qat aşağı olan Ermənistana uduzuruq. Bu Azərbaycanın beynəlxalq hesabatlardakı iqtisadi mövqeyi baxımından zərərli bir məsələdir.

Həmçinin bu vəziyyətin ölkə daxilində iqtisadi baxımdan zərərləri mövcuddur. Avtomobil idxalının azalması dövlət büdcəsinə daxil vəsaitlərin həcmini azaldır. Hesab edirəm ki, hökumət Mərkəzi Bankın avtomobil bazarına ayırdığı kreditlərlə bağlı qəbul etdiyi qərara yenidən baxmalıdır. Əks halda Azərbaycanda avtomobil bazarının səviyyəsi növbəti ilin ortalarında tamamilə iflic vəziyyətə gəlib çıxacaq”.

Hazırda ölkəmizdə avtomobilə olan tələbata gəlincə, R.Osmanlı bildirib ki, Azərbaycanda nəqliyyat vasitəsinə tələbat çox yüksəkdir:

“Ölkəmizdə orta hesabla hər 1.3 nəfərə 1 avtomobil düşür. Bu isə avtomobilləşmənin çox aşağı olmasının göstəricisidir. Hal-hazırda istismarda olan mövcud avtomobillərin 50 faizdən çoxu avrostandartların tələblərinə cavab vermir. Azərbaycanda avtomobil tələbatı ilə bağlı məsələyə həssas yanaşmaq lazımdır. Bütün avtomobillərə tələbat böyükdü. Bu baxımdan hesab edirəm ki, kreditləşmə məsələsi yenidən bərpa olunarsa, Azərbaycanda 15-20 min manat qiymətində olan avtonəqliyyat vasitələrinin alış-satışı yendiən aktuallaşacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler