» » Gürcüstan paytaxtı işıqsız qalıb

Gürcüstan paytaxtı işıqsız qalıb

Bölmə: İqtisadiyyat, Dünya
Gürcüstan paytaxtı işıqsız qalıb
Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.

Xalqinfo.az APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.

“Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

Tiflis və Rustavi şəhərlərinin elektrik enerji ilə təchizatı tezliklə bərpa olunacaq.

Qeyd olunub ki, Tiflis və Rustavi şəhərlərinin işıqsız qalmasına səbəb Ermənistana gedən yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq olub.

Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler