» » Məşhur biznesmendən dünya iqtisadiyyatına dair proqnoz

Məşhur biznesmendən dünya iqtisadiyyatına dair proqnoz Böhran başlayacaq

Bölmə: İqtisadiyyat
Məşhur biznesmendən dünya iqtisadiyyatına dair proqnoz
“Hazırda dünya yolayrıcına çatıb. Bir yol çox sürətli iqtisadi inkişafa, digər yol isə durğunluq, qeyri-sabitlik və xaosa aparacaq”.

Xalqinfo.az məlumatına görə, “Report” “Vesti” saytına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın eks-prezidenti Barak Obamanın iqtisadi müşaviri, məşhur biznesmen, bir sıra kitabın müəllifi, “Allianz” sığorta şirkəti kimi bir sıra böyük şirkətlərin iqtisadi məsləhətçisi olan Məhəmməd əl-Ərian verib.

Əl-Ərian yaxın 2 ildə iqtisadi böhranın başlaya biləcəyini bildirib: “Hazırda biz pauza mərhələsindəyik. Tədricən maliyyə bazarları “Brexit”, Donald Trampın prezidentliyi kimi hadisələri daha düzgün qiymətləndirməyə başlayacaq”, - deyə iqtisadçı qeyd edib.

Əl-Ərian son illərdə yaşanan zəif iqtisadi artımın zənginlik, gəlir və imkanların bölüşdürülməsində qeyri-bərabərlik yaratdığını xatırladıb. Gənclər arasında işsizliyin artması isə ən təhlükəli məqam kimi ortaya çıxır.

İqtisadçının fikrincə, mərkəzi banklar süni şəkildə maliyyə bazarlarına dəstək verərək böhranı önləyə bilib. Lakin bu, çox uzun çəkə bilməz. Süni maliyyə sabitliyi kəskin volatilliklə əvəz oluna bilər.

Bunun önlənməsi üçün isə birbaşa investisiyalar artmalı, vergilər azaldılmalı, yüksək borc yükü olan ölkələrin problemləri həll edilməli, nəhayət, qlobal idarəetmə sistemində islahatlar həyata keçirilməlidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler