» » Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil

Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil Elmar Məmmədyarov

Bölmə: İqtisadiyyat
Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil
Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib.

“Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir. Amma diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”,-deyə o bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler