» » Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Bölmə: İqtisadiyyat
Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 15-ə olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 12-i ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8500 manatdan 1,8609 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0298 manatdan 0,0300 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4758 manatdan 0,4772 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1946 manatdan 2,1979 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6972 manat olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler