» » Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı

Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı

Bölmə: İqtisadiyyat
Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı
Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.

"Xalqinfo" "Report"-a istinadən xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı
Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler