» » Dünya bazarında yeni tendensiya Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Dünya bazarında yeni tendensiya Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Bölmə: İqtisadiyyat
Dünya bazarında yeni tendensiya Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Ekspertlər hökumətə manatın kursunu yumşaltmağı tövsiyə edirlər
Bazar ertəsi birjalarda dolların məzənnəsi rekorda imza atıb. ABŞ valyutasının dəyəri "Dow Jones" indeksində 0,99 faiz yüksəlibsə, BOVESPA indeksində 2,23 faizə qədər qalxıb. Beynəlxalq analitiklərin fikrincə, yanvar ayından bəri davam edən bahalaşma ilin sonuna kimi davam edəcək. Hazırda türk lirəsinin dollara nisbətən məzənnəsi 2,28 TL, -yə, rus pulu isə 40 rubla qədər ucuzlaşıb. Dolların yapon ieanasına qarşı kursu son 6 ildə, valyuta vahidləri səbətində isə son 4 ildə ən yüksək həddə çatıb.

Analitiklərin fikrincə, dolların yüksəlməsinin başlıca səbəbi ABŞ iqtisadiyyatında bərpa prosesinin sürətlə getməsi, neftin ucuzlaşmasıdır. Artıq cari ilin ikinci yarısında bu dövlətdə ümumi daxili məhsulun artımı 4,2 faizdən 4,6 faizə qədər böyüyüb. Amerika rəsmilərinin ötən həftənin sonunda iqtisadiyyatın artım tempi ilə bağlı bu açıqlaması dollar indekslərinin bahalaşmasına gətirib çıxardı. Analitiklər deyir ki, ilk dəfədir ki, sözügedən valyutanın məzənnəsi 6 ay ərzində yalnız yüksəlmə tendensiyası tutub.

Xatırladaq ki, ABŞ Mərkəz Bankı FES-in (Federal Ehtiyat Sistemi) ötən ilin sonunda çıxardığı qərar məhz bu proseslərə təkan verib. Belə ki, FED 2008-ci il maliyyə böhranından sonra aylıq çap etdiyi 85 milyard dolların öncə 10 milyardının azaldılması, bu ilin mart ayında isə tamamilə çapını dayandırması ilə bağlı qərar qəbul etdi. Faiz dərəcələrinin isə 2015-ci ilə qədər artırılmayacağını bəyan edib. Ötən ilin sonunda ABŞ iqtisadiyyatının inkişaf tempinin 3,2 faiz arasında olacağı proqnozlaşdırıldısa, verilən qərarlar ÜDM-in artıq 4,6 faizə qədər artması ilə nəticələnib.

ABŞ Mərkəzi Bankı tərəfindən verilən bu qərarlar birjalara ciddi təsir göstərməyə başlayıb. Birjalarda neftin qiyməti 96 dollara, qızılın ünsiyası isə 1200 dollara düşüb. Dolların dəyərinin bahalaşması isə gələn ilin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.

Amerikalı analitiklər düşünürlər ki, ABŞ valyutasının dəyərinin artması, qızılın və avronun düşməsi investorların Amerika bazarına inamının yüksəlməsi ilə bağlıdır. Belə ki, investorlar tərəfindən ABŞ səhmlərinə və qiymətli kağızlarına tələbat çoxalıb. Dolların qalxması həm də inflyasiyanın qarşısını alır və səhm bazarlarında Amerikanı lider dövlətə çevirir.

Qeyd edək ki, 2008-ci il maliyyə böhranından sonra ABŞ iqtisadiyyatında müəyyən tənəzzül yaranmağa başlamışdı. Bundan sonra hökumət yumşaldıcı siyasət yeritməyə başladı. Uçot dərəcələrini sıfır səviyyəsinə qədər aşağı saldı və əlavə olaraq pul satışı həyata keçirməyə başladı ki, iqtisadiyyatı pulla təmin etsin. FES pul çap edib, ABŞ-ın dövlət borclarını alırdı. Bununla da ölkəyə əlavə pul dövriyyəyə buraxırdı. Bütün bu addımlar ona gətirib çıxarırdı ki, dolların məzənnəsi ucuzlaşdı. Bunun müqabilində isə neft, qızıl və avro bahalaşırdı. Hətta qızılın qiyməti tarixində ən yüksək -1900 dollar/ünsiyaya qədər qalxdı. Cari ilin mart ayından ABŞ-ın aylıq pul çapını dayandırmaqda məqsədi isə işsizlik səviyyəsinin aşağı düşməsinə, iqtisadi inkişaf tempinin yüksəlməsinə nail olunmasıdır.

Bəs dolların bahalaşması, neftin ucuzlaşması Azərbaycana təsir edəcəkmi?

Dünya bazarında ABŞ valyutası ucuzlaşıb-bahalaşanda Azərbaycan Mərkəzi Bankı kursu sabit saxlamağa çalışdı. Hətta ilin əvvəlindən dollar bahalaşmağa doğru getsə də, manatın məzənnəsi stabil olaraq qalır. Hazırda 1 dollar 0,78 AZN-ə təklif olunur. Mərkəzi Bankın bu siyasətini nə zamana kimi saxlaya biləcəyi maraq doğurur.

Qeyd edək ki, Amerika dollarının qalxması neftin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. Bunun fonunda Azərbaycanda ixracın 95 faizinin neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, ölkəyə daxil olan gəlirlərin azalması deməkdir.
Ekspertlərin fikrincə, indiki vəziyyətdə Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin 100 dollar/bareldən götürülməsi kifayət qədər risklər yarada bilər: "Qara qızıl" 80 dollar/barelə qədər ucuzlaşa bilər. Ona görə də büdcə proqnozlarında bütün bunlar nəzərə alınmalıdır.

Bundan əlavə, dolların bahalaşması manata qarşı təzyiqləri artıracaq. Pul azaldıqca, Mərkəzi Bank manatın kursunu ucuzlaşdırmağa məcbur ola bilər. Bu da Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərəcək. Hökumət manatın kursunu saxlamaq üçün rezervlərini xərcləməli olacaq. Mərkəzi Bank 2009-cu ildə bu riskə getdi. Amma həmin qısamüddətli dövrdə qurumun siyasəti özünü doğrultdu. İndisə ekspertlər manatın kursunun yumşaldılması siyasətinə üstünlük verilməsini tövsiyə edir. Belə olan halda, ölkənin qeyri-neft ixracı potensialı arta, ölkəyə başqa istiqamətlərdə pul daxil ola bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler