» » Növbəti depozit hərracında təklif yüz milyon manat azaldılacaq

Növbəti depozit hərracında təklif yüz milyon manat azaldılacaq

Bölmə: İqtisadiyyat
Növbəti depozit hərracında təklif yüz milyon manat azaldılacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Xalqinfo.az xəbər verir ki, AMB-dən APA-ya verilən məlumata görə, mayın 1-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01 - 14,99% təşkil edir.

Qeyd edək ki, bu gün keçirilən depozit hərracında təklif 250 mln. manat olduğu halda, AMB 350 mln. manat cəlb edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil edib.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler