Tütün toxumları və tinglər idxal rüsumundan azad edilibBölmə: İqtisadiyyat
![]() Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək. Xalqinfo.az APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək. Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. Leyla Həsənova |
XƏBƏR LENTİ
12.12.19 01:15 | Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”
12.12.19 00:33 | Heydər Əliyevin vəfatından 16 il keçir
12.12.19 00:12 | Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
11.12.19 16:09 | İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11.12.19 15:29 | İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
11.12.19 15:18 | “Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”
11.12.19 15:00 | Deputat köməkçilərinin aqibəti necə olacaq?
11.12.19 14:32 | Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi
11.12.19 14:15 | Əli Həsənov Fəxri Xiyabana gəldi
11.12.19 14:00 | Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası
11.12.19 13:55 | Ramiz Mehdiyev iki institutun strukturunu dəyişdirdi
11.12.19 13:19 | Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yaydı
11.12.19 13:08 | Qarabağ İcmasının sədri: Ermənistanın yalanlarına inanmırlar
11.12.19 13:06 | Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir
11.12.19 12:24 | Yeni ölkə yaranır: Əhali referendumda müstəqilliyi seçdi
11.12.19 11:49 | Nazir müavini şprislərlə bağlı xəbərlərdən danışdı
11.12.19 11:30 | Sabah bu yollar bağlanacaq
|