» » Beş rayonda əmək yarmarkası keçirildi

Beş rayonda əmək yarmarkası keçirildi

Bölmə: İqtisadiyyat
Beş rayonda əmək yarmarkası keçirildi


Bu gün Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək yarmarkaları keçirilib.


Xalqinfo.az a daxil olan məlumata görə, yarmarkalar zamanı 67-i özəl sektora məxsus 136 müəssisədən 1033 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerləri də olub. Tədbirlərdə təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 140 manat, ən yüksək həddi isə 1330 manat təşkil edib. Yarmarkaların nəticəsi olaraq, ümumilikdə 376 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib.

Müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 77 nəfər, ödənişli ictimai işlərdə çalışmaq üçün 18 nəfər qeydiyyata götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler