» » Bakı metrosunda yenilik olacaq

Bakı metrosunda yenilik olacaq

Bölmə: İqtisadiyyat
Bakı metrosunda yenilik olacaq

Metronun bir neçə stansiyasında yeni eskalatorlar quraşdırılacaq

“Bakı Metropoliteni” xətlərinin konseptual inkişaf sxemi” paytaxtda metro xətlərinin genişləndirilməsini, əsaslı təmir olunmasını, o cümlədən mövcud xətlərdə də yeniliklərin həyata keçirilməsini nəzərdə tutur.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin bildirdiyinə görə, hazırda istismarda olan stansiyalarla bağlı yeniliklərdən biri çıxışı ancaq pilləkənlərdən ibarət olan stansiyalarda eskalatorların əlavə olunması ilə bağlıdır.

N.Paşayevin sözlərinə görə, metronun “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, habelə “Gənclik” stansiyalarında çıxış üçün ancaq pilləkənlər var.

“İnsanların, xüsusilə də fiziki imkanları məhdud olanların hərəkətini asanlaşdırmaq üçün bu stansiyalara eskalatorlar, hətta liftlər də quraşdırmaq olar. Hazırda bu məsələlərin üzərində iş gedir. Müvafiq şirkətlərlə danışıqlar aparılır”, - deyə o əlavə edib./Apa-economics/

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler