» » Dollar və avro ucuzlaşdı

Dollar və avro ucuzlaşdı

Bölmə: İqtisadiyyat
Dollar və avro ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 14-ə olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 13-ü müqayisədə 0,02% ucuzlaşaraq 1,7026 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8175 manatdan 1,8075 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0303 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4668 manatdan 0,4645 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1394 manatdan 2,1300 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7119 manatdan 0,7118 manatadək azalıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler