» » Büdcə müzakirə edildi

Büdcə müzakirə edildi

Bölmə: İqtisadiyyat
Büdcə müzakirə edildi
Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Xalqinfo.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, iclası giriş sözü ilə açan baş nazir Artur Rasizadə dövlət büdcəsi layihəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyillər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.

Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiyayönümlü olması məsələlərinə xüsusi diqqət yetirildiyi qeyd olunub.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra iclasın yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler