» » AZAL-dan yeni aksiya: Bakı-Dubay-Bakı - cəmi 199 avro

AZAL-dan yeni aksiya: Bakı-Dubay-Bakı - cəmi 199 avro

Bölmə: İqtisadiyyat
AZAL-dan yeni aksiya: Bakı-Dubay-Bakı - cəmi 199 avro
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya uçuşlar üzrə yeni aksiya elan edir.

Xalqinfo.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Dubay-Bakı istiqamətində J2 015/J2 016 reyslərinə aprelin 25-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 199 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Uçuş tarixləri: 15 aprel - 15 may 2017-ci il.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A320 laynerləri ilə həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Reys çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler