Füzulidə istixana kompleksi fəaliyyətə başlayıBölmə: İqtisadiyyat
Füzuli rayonunda, Horadiz şəhərinin inzibati ərazisində iş adamı tərəfindən 10 ha sahədə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana kompleksi yaradılıb. Rayon İH-dən "Xalqinfo”ya daxil olan xəbərə görə, istixana kompleksində müasir texnoloji avadanlıqlar qurulub, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri yaradılıb. İstixana kompleksində ilkin mərhələdə pamidor və xiyar yetişdirilməsi nəzərdə tutulub. Burada istehsal olunacaq ixrac yönümlü məhsullar rayonun daxili bazarları ilə yanaşı respublikanın müxtəlif regionlarında da satılması və gələcəkdə xaricə ixrac nəzərdə tutulub. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 30 məcburi köçkün burada daimi işlə təmin olunublar. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|