» » "Bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur” Prezident

"Bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur” Prezident

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
"Bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur” Prezident
“Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür”.

Xalqinfo”nun Trend-ə istinadən məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Dövlət başçısı qeyd edib: “Biz vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçən ilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar.

Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”.

Azərbaycan Prezidenti gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler