» » “Əsrin müqaviləsi”nə iki gün qaldı-Foto

“Əsrin müqaviləsi”nə iki gün qaldı-Foto

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
“Əsrin müqaviləsi”nə iki gün qaldı-Foto
“Əsrin müqaviləsi”nin imzalanmasına düz iki gün qalıb. 20 il əvvəl bu tarixdə ANS Azərbaycanda bir sorğu da keçirmişdi.

ANS TV-nin məlumatına görə, həmin dönəmdə Azərbaycan ziyalıIarını və siyasilərini məsələyə yanaşması daha çox cəlb etdi.

1994-cü ilin sentyabrı, Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadı. 4 aydır ki, atəşkəs imzalanıb. Bəzilərində elə təəssürat yaranıb ki, hər şey bitdi. Lakin ANS-in qızıl fondunda saxlanılan kadrlardan görürük ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Düşmən tutduğu mövqeləri daha da möhkəmləndirir və kəşfiyyat məlumatlarına əsasən yeni əraziləri tutmaq iddiaları hələ də var. Azərbaycan da, eyni zamanda mövqelərini möhkəmləndirməklə məşğuldu. Təkcə təmas xəttində deyil, həm də region və digər dövlətlərlə ikitərəfli münasibətlərdə. “Əsrin müqaviləsi”ni təkcə iqtisadi kontrakt deyil, həm də regionda sabitliyə təminat verən saziş kimi qələmə verənlər yanılmırdılar. ANS-in 1994-cü ildə - “Əsrin müqaviləsi”nə münasibətiniz necədir? - sorğusuna respondentlərin 64,5 faizi yaxşı cavabını vermişdi. Yalnız 12,9 faizi "münasibətim mənfidi" demişdi. Yerdə qalanlar bitərəflər və ümumiyyətlə müqavilədən xəbərsiz olanlar idi.

Ziyalılardan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə “Əsrin müqaviləsi” barədə bunları demişdi: "Bizim çoxdan gözlədiyimiz və arzu etdiyimiz gündür, nəhayət gəlib çıxdı, bu kontraktların bağlanmasının çox böyük əhəmiyyəti var".

Həmin illərdə Azərbaycan müxalifəti də “Əsrin müqaviləsi”nin imzalanmasında iqtidarla həmrəylik nümayiş etdirmişdi.

Həmin vaxt “Gülüstan” sarayında BP-nin nümayəndəsi Azərbaycana ianə edir. Şirkət ölkəmizdə xəstəxana tikintisi üçün 5 milyon manat pul ayırır. BP Azərbaycan şirkətinin direktoru Qorden Birrel xatırlayır ki, müqavilədən cəmi bir müddət sonra Azərbaycan investorlar artıq məfəət götürməyə başlamışdılar.

"Əsrin müqaviəsi” son dərəcə əhəmiyyətlı dəyişiklər gətirdi. Bütün bu layihədə iştirak edən tərəflərin hamısına bizim üçün çox böyük əhəmiyyəti ondan ibarət idi ki, biz son dərəcə böyük neft ehtiyatlarına çıxış əldə etdik. Yüksək səviyyəli texnologiya, səriştə gətirdik və onları burada tətbiq etməyə başladıq. Çox qısa bir müddətdə neftin əldə olunması gözəl nəticə idi və bu nəticəni əldə olunmasının əhəmiyyəti bu idi ki, həm Azərbaycan, həm də investorlar artıq mənfəət götürməyə başladılar. Bu müqavilə Azərbaycanı əvvəlki roluna və nüfuza qaytardı. Azərbaycan enerji xəritəsində, aparıcı qüvvəyə çevrildi. Region bəhrələnməyə başladı. Gürcüstan, Türkiyə, Avropa çıxış əldə etdi”, deyə Qorden Birrel bildirmişdi.

Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”ni Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi, Azərbaycanın yeni erasının başlanğıcı adlandırır.

Azərbaycan bu gün 21-ci “Əsrin müqaviləsi” “Şahdəniz”, “Şahdəniz 2” layihələri barədə düşünür. TANAP-la bağlı bütün əngəllər aradan qaldırılıb. İşlər öz axarı ilə gedir. İndi Azərbaycan dünyanın enerji xəritəsində həm də qaz istehsalçısı kimi tanınır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler