» » Muzdla çalışan işçilərin maaşları artdı

Muzdla çalışan işçilərin maaşları artdı

Bölmə: İqtisadiyyat
Muzdla çalışan işçilərin maaşları artdı
Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.

"Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, əməkhaqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları isə 683,6 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler