» » Siqaretlərlə bağlı hər şey dəyişir -

Siqaretlərlə bağlı hər şey dəyişir - ən ucuzu 16 manat olacaq

Bölmə: İqtisadiyyat
Siqaretlərlə bağlı hər şey dəyişir -
İngiltərədə keçən ilin may ayında qəbul edilmiş yeni siqaret tələbləri 20 mayda qüvvəyə minir.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, tələblərə görə, artıq bütün siqaret qutularının dizaynı, forması və ölçüsü eyni olacaq. Siqaret paketində hər hansı bir loqo qətiyyən yer almayacaq. Mentollu və başqa ətirli siqaretlər də qadağan olunacaq.

Markası nə olursa olsun, bütün siqaret paketlərinin ön və arxa tərəflərinin 65 faizində siqaretin insan sağlamlığına vurduğu zərər barədə xəbərdarlıq yer alacaq.

Buna görə də siqaret istehsalçıları əllərindəki köhnə paketləri satmağa çalışırlar.

21 maydan etibarən ən ucuz siqaret paketinin qiyməti 8 funt-sterlinq 82 peny olacaq və qapalı rəflərdə satılacaq.

Ətirli adı altında satılan meyvəli, ədviyyatlı, bitki əsaslı, spirtli, şəkərli və ya vanilli bütün siqaretlərin satışı da qadağan olunacaq. Bundan başqa, siqaret qutularının üzərində yer alan "liqht," "təbii", "orqanik" kimi ifadələr də, siqaret istehlakçılarına mənfi təsir etdiyi və siqaretin sağlamlığa zərərli olmadığı düşüncəsinə yol açması səbəbindən qadağan olunacaq.

Daha az zərərli olduğu düşünülən mentollu siqaretlərin satışı da 20 may 2020-dən sonra qadağan olunacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler