» » Rusiyada uçot dərəcəsi azaldıldı

Rusiyada uçot dərəcəsi azaldıldı

Bölmə: İqtisadiyyat
Rusiyada uçot dərəcəsi azaldıldı
Rusiyada uçot dərəcəsi 0,25% azaldılaraq 9,75%-ə endirilib.

Xalqinfo.az report.az-a istinadən bildirir ki, bununla bağlı qərarı Rusiya Mərkəzi Bankının (RMB) Direktorlar Şurası bu gün qəbul edib.

Qərar martın 27-dən qüvvəyə minəcək. Xatırladaq ki, Rusiyada uçot dərəcəsi sonuncu dəfə ötən ilin sentyabr ayında 0,5% azaldılmışdı. Bugünki iclasla bağlı proqnozlar əsasən uçot dərəcəsinin sabit saxlanılacağı istiqamətində olsa da, onlar özünü doğrultmayıb.

RMB bəyan edib ki, ölkədə inflyasiya templəri gözləniləndən də tez zəifləyir, iqtisadi aktivliyin bərpası davam edir. Bu şərtlərlə sərt pul-kredit siyasətinin yumlaşdılması ilin sonuna qədər 4%-lik qiymət artımına nail olmağa imkan verəcək. Bununla yanaşı, inflyasiyanın proqnozlara nisbətən gələcək dinamikası qiymətləndiriləcək və bunun nəticəsindən asılı olaraq ilin 2-3-cü rüblərində uçot dərəcəsinin bir qədər də aşağı salınması mümkündür.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler