» » Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri

Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri

Bölmə: İqtisadiyyat, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri
Azərbaycanda hökm sürən iqtisadi tənəzzülə, gəlirlərin kəskin azalmasına baxmayaraq zənginlər-oliqarxlar və onların oğul-uşaqları dəbdəbəli həyat tərzini dəyişmək niyyətində deyil.

Xalqinfo.az xəbər verir ki, belələri Azərbaycandan Türkiyənin hansısa şəhərinə, yaxud başqa ölkəyə uçmaq istəyirsə adi sərnişin reyslərinin biznes-klass salonlarına bilet almağı belə özlərinə sığışdırmırlar, Türkiyənin “Jet Havayolları” biznes aviasiyasiyası şirkətindən özəl təyyarələr kirayələyirlər. Bunu Türkiyə mətbuatına açıqlamasında “Jet Havayolları” şirkətinin Türkiyə genel müdiri Ferda Gündüz deyib.

Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri









Ferda Gündüz bildirib ki, indiyə qədər “Jet Havayolları”nın əsas müştəriləri zəngin ərəblər və azərbaycanlılar idi. Son vaxtlar isə Rusiyadan zənginlər arasından şirkətin müştəriləri artıb. Zəngin ruslar Moskvadan İstanbula uçmaq üçün 50 min avrodan keçib lüks salona malik özəl təyyarə kirayələyirlər.

Ferda Gündüz deyir ki, ərəblər, azərbaycanlılar və ruslar öz lüks həyatlarından güzəştə getmək niyyətində deyilər. “Məsələn, ailələrini, dost-tanışlarını harasa dəvət edəndə bunu onların hüzuruna özəl jet göndərərək edirlər. Zənginlər xüsusən işgüzar toplantılarda tərəfdaşlrında güclü təəsürat oyatmaq üçün özəl təyyarə sifariş verir”-o deyib.

Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri









Fərda Gündüz əlavə edib ki, Türkiyədəki kirayəlik jetlər lüks təchizatı, tutumu və texniki göstəricilərinə görə zənginlərin bütün ehtiyaclarına cavab verir. “Son model jetlərimiz zəngin xariciləri istər Türkiyəyə, istərsə də onların istədiyi başqa ölkələrə daşıyır”-şirkət direktoru bildirib.

Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri






Ferda Gündüzün dediyinə görə, türk jet kirayələmə şirkətləri təhlükəsizlik və pilotların peşəkarlığına görə xarici müştərilərin etimadını qazanıb. Təyyarələrin kirayəsinin haqqı modelindən asılı olaraq dəyişir. Məsələn, 6-8 nəfərlik özəl təyyarə ilə Moskvadan istanbula, İstanbuldan Londona, Dubaydan Londona 50 min avroya getmək olar Moskva-London və Dubay-London reysləri üçün 60 min avro ödəmək lazımdır. Bakıdan İstanbula isə belə təyyarələrdə 30 min avroya uçmaq olar. Dubaydan İstanbula özəl təyyarə ilə uçmaq 40 min avrodur. “Bizim təyyarələrin salonunda hamam, yataq otağı, iş kabineti də var”-şirkət direktoru deyib.

Bakıdan İstanbula özəl təyyarə ilə 30 min avroya... Azərbaycan zənginləri











Qeyd edək ki, Azərbaycanın da özünün biznes-aviasiya şirkəti “Silk Way Business Aviation” fəaliyyət göstərir. Bu şirkət “Gulfstream” təyyarələrinin ən son modelləri ilə təchiz olunub. O zaman Azərbaycan zənginləri niyə pulları Türkiyədən təyyarə kirayələməyə verirlər? Bəlkə “Gulfstream”-larda uçmaq daha bahadır?(Virtualaz.org)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler