» » "Azneft" yanvar-fevral üçün qarşıya qoyulmuş planı yerinə yetirib

"Azneft" yanvar-fevral üçün qarşıya qoyulmuş planı yerinə yetirib

Bölmə: İqtisadiyyat
"Azneft" yanvar-fevral üçün qarşıya qoyulmuş planı yerinə yetirib
SOCAR-ın "Azneft" İstehsalat Birliyi (İB) 2017-ci ilin yanvar-fevral ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib. İB-dən "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda, "Azneft" kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.

İlin ilk 2 ayı ərzində "Azneft" üzrə 1 mln. 15,7 min ton neft, 827 mln. 327 min kubmetr qaz hasil edilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən ay da uğurla davam etdirilib. Fevral ayı ərzində "Azneft"in sifarişi əsasında 8 quyu qazılaraq istismara verilib.

Ötən 2 ayda fəaliyyətsiz quyu fondundan 8 quyu planlaşdırıldığı halda, faktiki olaraq 21 quyu istismara qaytarılıb. Bu quyulardan 2369 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3054 ton neft alınıb ki, bu da plandan 685 ton çoxdur.

İstehsalat Birliyindən bildirilib ki, bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 103 geoloji tədbir keçirilib, nəticədə 12805 ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 6135 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 6042 ton plana qarşı 7290,5 ton neft hasil edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler