» » Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Bölmə: İqtisadiyyat
Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Xalqinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulub.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler