» » Gəlirlərimiz 24 milyarda çatıb

Gəlirlərimiz 24 milyarda çatıb

Bölmə: İqtisadiyyat
Gəlirlərimiz 24 milyarda çatıb
Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri barədə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, 2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz bəndi üstələyərək 3,8 faiz olub.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler