» » İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirəcək

İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirəcək

Bölmə: İqtisadiyyat
İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirəcək
Qarşıdakı bayram ərəfəsində 9 gün müddətində rəsmi qaydada iş olmayacaq.

Xalqinfo.az xəbər verir ki, ekspertlər bildirirlər ki, bu müddətdə ölkəyə gələn turistlər xeyli valyuta gətirə bilərlər. Bu amil də bayram günlərində manatın məzənnəsinə müsbət təsir edəcək.
İqtisadçı-ekpsert Rəşad Həsənov bildirib ki, xüsusilə də İrandan gələn turistlərin sayında xeyli artım müşahidə olunacaq. Turistlərin valyuta ilə xərcləmələri bazarlarda dollar təklifini artıracaq və dövriyyəyə əlavə valyuta daxil olacaq.
Son rəqəmlərə görə, bayram günlərində Azərbaycana gəlmək istəyən 23 minə yaxın iranlı turist viza üçün müraciət edib. Orta hesabla bir turistin Azərbaycanda 1000-1200 dollar vəsait xərcləyəcəyi proqnoz edilir. Bu isə təxminən ölkəyə 25-30 milyon dollar həcmində valyuta axını deməkdir.
Bu məbləğ təqribən bir valyuta hərracında bankların dollara olan tələbinin qarşılanmasına kifayət edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler