» » Bakıda bayram yarmarkaları başladı

Bakıda bayram yarmarkaları başladı

Bölmə: İqtisadiyyat
Bakıda bayram yarmarkaları başladı

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar üçün quraşdırlan çadırlar fəaliyyətə başlayıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, metro stansiyalarının qarşısında quraşdırılan yarmarka çadırlarında satışlara start verilib: "Artıq 10 yarmarka çadırı quraşdırılıb. Hazırda həmin yarmarkalarda bayram məhsullarının satışı başlanıb".

Ə.Bağırov bildirib ki, yarmarka çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "28 May", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında qurulub: "Ehtiyac olacağı təqdirdə bayram ərəfəsində çadırların sayı artırılacaq".
Qeyd edək ki, bayram çadırlarında məhsulların satış qiymətləri bazar qiymətindən ucuz olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler