» » Bahalaşma davam edəcək

Bahalaşma davam edəcək

Bölmə: İqtisadiyyat
Bahalaşma davam edəcək
“Strateji məhsul hesab edilən taxıl istehsalı bu il 25 faiz azalıb. Havaların normadan isti keçməsi bitkilərin suvarmaya olan ehtiyacını artırsa da su təminatının ödənilməməsi məhsuldarlığı kəskin azaltdı, eləcə də məhsulun keyfiyyətinə ciddi təsir etdi.

Əldə olunan meyvə-tərəvəz məhsullarının bir hissəsi əmtəə keyfiyyətinə malik olmadığı üçün ev şəraitində emal olunaraq daxili istehlaka yönəldildi, bir hissəsi qida üçün yararsız olduğuna görə mal-qaraya yedizdirildi, digər hissəsi tamamilə yararsız olduğu üçün tullantı kimi atıldı”.

Virtualaz.org saytı xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov deyib.

V.Məhərrəmov bildirib ki, satışa yönələn məhsullar cəlbedici görünüşə malik olmadığı üçün maya dəyərindən aşağı qiymətə təklif olunub. Bazarlarda qiymət artımı nəticəsində istehlakçılara yüksək qiymətə təklif olunan məhsulların satışından kənd təsərrüfatında çalışan fermerlər deyil, bu sahədə tadarükü, satışı həyata keçirən sahibkarlar bəhrələniblər.

“Son zamanlar təkrarlanan qiymət artımının obyektiv və subyektiv səbəblərdən ciddi zərərə məruz qalan kənd təsərrüfatı məhsulu istehsalçılarının sosial müdafiəsini təmin etmək üçün hökümət aqrar sahədə dövlətin qiymət siyasətini müəyyənləşdirməlidir. Bundan əlavə, bir sıra rayonlarda heyvanlar arasında geniş yayılan “nodulyar dermatit” xəstəliyi bu sahədə məhsuldarlığın kəskin azalmasına və heyvanlar arasında tələfata səbəb olub. Nəticədə fermerlər ciddi zərərə məruz qalıblar.

İkincisi, 2013 ilin dekabr ayında dizel yanacağının, benzinin qiymətlərinin artırılması öz növbəsində bu il becərilən kənd təsərrüfatı məhsulu istehsalına çəkilən xərcin artmasına səbəb oldu. Bir tərəfdən, məhsuldarlığın azalması, digər tərəfdən isə məhsul istehsalına çəkilən xərcin artması və məhsulun keyfiyyəti ilə bağlı yaranmış problemlər nəticəsində satışın əlverişsiz olması fermerlərə dəyən ziyanı bir az da artırdı.

Baş verən kəskin konyuktur dəyişikliklər fonunda istehsalçılara dəyən zərərin dövlət tərəfindən kompensasiya edilməsinə ciddi ehtiyac yaranıb. Ancaq bu, qanun və qaydalarla həyata keçirilməlidir. Əvvəlcə gərək dövlətin aqrar sahədə qiymət siyasəti müəyyənləşdirilsin” - deyə V.Məhərrəmov bildirib.

Qeyd edək ki, bütün bunları nəzərə alan ekspertlər qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler