» » Türkiyədən İran və Rusiyaya zərbə:

Türkiyədən İran və Rusiyaya zərbə: Qardaş ölkə əlini Azərbaycana uzatdı

Bölmə: İqtisadiyyat
Türkiyədən İran və Rusiyaya zərbə:
Beynəlxalq Enerji Agentliyi (IEA) Türkiyənin təbii qaz idxalını açıqlayıb. Qurum bildirib ki, Türkiyə 2015-ci ildə 48 milyard 266 milyon kub metr təbii qaz idxal edib. Ötən il isə bu rəqəm 46 milyard 164 milyon kub metrə düşüb.

"Xalqinfo" Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin satın aldığı təbii qazın həcmi 4,5 faiz azalıb.

Rusiyadan Türkiyəyə Qərb Xətti təbii qaz boru kəməri vasitəsilə 2015-ci ildə cəmi 11 milyard 192 milyon kub metr qaz ixrac edilib. 2016-cı ildə bu rəqəm 11 milyard 529 milyon kub metrə yüksəlib.

“Mavi Axın” boru xətti vasitəsilə 2015-ci ildə idxal edilən qazın həcmi 15 milyard 431 milyon kub metdən 2016-cı ildə 12 milyard 844 milyon kub metrə düşüb. Beləliklə, Rusiyadan idxal edilən qazın həcmi 2015-ci ildə 26 milyard 623 milyon kub metrdən, keçən il 2 milyard 250 milyon kub metrə qədər azalaraq 24 milyard 373 milyon kub metr təşkil edib.

Digər ölkələrdən qaz idxalına gəlincə, İrandan 2015-ci ildə 7 milyard 926 milyon kubmetr, 2016-cı ildə 7 milyard 704 milyon kub metr qaz alınıb.

Azərbaycandan isə mavi qaz idxalı 2015-cı ildə 6 milyard 168 milyon kub metr, 2016: 6 milyard 480 milyon kub metr təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler