» » 954 milyon manat hara xərclənib?

954 milyon manat hara xərclənib?

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
954 milyon manat hara xərclənib?
Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna sərf edilib.

“Xalqinfo” Statistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitin digər hissəsi, yəni, 202,7 milyon manatı qeyri-neft sektoruna yönləndirilib. Ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3,0 faizi isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3,0 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler