» » ŞOK QİYMƏTLƏR! Bayram gəlməmiş bahalaşma başladı

ŞOK QİYMƏTLƏR! Bayram gəlməmiş bahalaşma başladı

Bölmə: İqtisadiyyat
ŞOK QİYMƏTLƏR! Bayram gəlməmiş bahalaşma başladı
Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tuturlar.

Xalqinfo.az xəbər verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduğundan, alış-verişə başlayıblar. Vitrinlər bir-birindən fərqli çərəzlərlə doludur, hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın bir kiloqramının qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satılırsa, ləpəsinin qiyməti 15-28 manat arasında var-gəl edir.

Xurmaların qiymətləri 5 manatla 30 manat arası dəyişir. Şabalıd almaq istəyənlər isə bir kiloqrama görə 20-35 manat arası pul xərcləməli olacaqlar.

Bayram yaxınlaşdıqca qiymətlərin daha da artacağı gözlənilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler