“Rosnet”in gəlirləri 49 faiz azalıbBölmə: İqtisadiyyat, Dünya
Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in 2016-cı il üzrə qazancı əvvəlki illə müqayisədə 49 faiz azalaraq 181 milyard rubla düşüb. Xalqinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, neftin qiymətindəki eniş səbəbindən şirkətin 2016-cı ildə dəqiq qazancı əvvəlki illə müqayisədə 49 faiz geriləyərək 181 milyard rubla (təxminən 3,1 milyard dollar) düşüb. Neft qiymətində yaşanan sabit yüksəliş səbəbindən şirkətin qazancı keçən ilin son rübündə bir əvvəlki ilin eyni dövrünə görə100 faiz artaraq 26 milyard rubldan 52 milyard rubla yüksəlib. Keçən il şirkətin cəmi satış gəlirləri 10 azalaraq 4,9 trilyon rubla düşüb. 2016-cı ilin son rübündə şirkətin gəlirlər bir əvvəlki illə müqayisədə 21,4 faiz artaraq 1,4 trilyon rubla yüksəlib. Neftin istehsal həcminə görə, dünyanın ən böyük neft şirkəti olan “Rosneft” ”Bashneft”dəki rus hökumətinə aid səhmlərin 50,08 faizini satın alıb. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|