» » "Azərsu"nun bir neçə xidməti elektronlaşdırıldı

"Azərsu"nun bir neçə xidməti elektronlaşdırıldı

Bölmə: İqtisadiyyat
"Azərsu"nun bir neçə xidməti elektronlaşdırıldı
Artıq istehlakçılar su sayğacının plomblanması, quraşdırılması və dəyişdirilməsi üçün “www.e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, “Azərsu” ASC-nin təqdim etdiyi “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə portalda təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidirlər. Daha sonra ASC-nin təqdim etdiyi xidmətlər içərisindən “Su sayğaclarının plomblanmasına (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməli və “Davam et” düyməsi seçilməlidir.

Açılan pəncərədə daxil edilən koda uyğun abonent məlumatları görünür.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler